Beynəlxalq əlaqələr üzrə prorektor

Cəlilzadə Aidə Məhəmməd qızı

Beyəlxalq əlaqələr üzrə prorektor

Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan   olmuşdur. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmişdir.2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında   təhsil almışdır. Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün   ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunmuşdur.   2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr təhsili   almışdır və bu təhsil pilləsini qırmızı diplomla bitirmişdir.2006-cı ildə Ali məktəb tələbələrinin XI   Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur. 2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olmuşdur. 2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tütor vəzifəsində çalışmışdır.2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının müəllimidir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 elmi və publisistik məqalənin müəllifidir.Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülmüşdür. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı seçilmişdir.

Dərc olunmuş elmi əsərlər

  1. Tələbələrin ilk elmi məktəbi. // Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı. 2007, № 15, səh. 129-134
  2. Heydar Aliyev and the Youth policy in Azerbaijan. // NDU-nun “Heydər Əliyev Zirvəsi (Məqalələr və xatirələr)”. 2008, səh. 118-119
  3. Lüğətin inkişafının sərbəst strategiyası. // NDU-nun “Ali Məktəbdə Xarici Dilin Tədrisi:Reallıqlar və Perspektivlər” məqalələr toplusu. 2013, səh. 93-105
  4. Azərbaycan və ingilis dillərinin poeziyasında mürəkkəb cümlə tipləri. // BDU-nun “Dil və Ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı. 2017, № 2 (102), səh. 11-13
  5. İngilis və Azərbaycan dillərində sual cümlələrinin üslub imkanları. // NDU-nun Elmi əsərləri. Humanitar elmlər seriyası, 2017, № 5 (86) I cild, səh. 190-192
  6. Tədris prosesində ingilis və Azərbaycan dilinə aid poetik mətnlərdən istifadə məsələləri.//Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Naxçıvan Dövlət Universiteti,
  7. Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri, Beynəlxalq elmi konfrans,Naxçıvan 2017,səh. 58-60
  8. Böyük Britaniya və Amerika media diskursunda işlənən abreviaturaların təsnifiElmi İş Beynəlxalq Elmi Jurnal, Humanitar və ictimai elmlər üzrə I Beynəlxalq Elmi Konfransın materialları, 24 iyul 2020-ci il. Bakı 2020, səh. 103-106//DOI:10.26719/24.07.20/01/103-106
  9. Germanşünaslıqda abreviasiyanın tədqiqi tarixi// NDU-nun Elmi əsərləri//Humanitar elmlər seriyası, 2020, № 1 (102) I cild// səh. 109-114
  10. Böyük Britaniya və Amerika media diskursunda işlənən abreviaturaların təsnifiElmi İş Beynəlxalq Elmi Jurnal, Humanitar və ictimai elmlər üzrə I Beynəlxalq Elmi Konfransın materialları, 24 iyul 2020-ci il. Bakı 2020, səh. 103-106
  11. Online Teaching and Learning at Nakhchivan State University// Book of Abstracts//International Conference//Virtual Conference on the Challenges of Online Teaching and Learning//Baku, Khazar University, 06 May 2020// səhifə 15
  12. Amerika media diskursunda işlənən beynəlxalq təşkilat adlarını bildirən abreviaturlarDOI: https://www.doi.org/10.36719/2663-4619/76/44-48 // Elmi İş beynəlxalq elmi jurnal//Humanitar və İctimai Elmlər seriyasi// Bakı 2022. İmpakt Faktor 1.790. 2022/ Cild: 16 Say: 3, səh.44-48
  13. Abreviasiyanın tədqiqinin əsas məsələləri  // Bakı: AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Filologiya məsələləri, Dilçilik seriyası-2022. №6, – s. 338-346.
  14. Dildə abreviasiya hadisəsi haqqında //  “TƏHSİL, TƏDQİQAT VƏ İNNOVASİYANIN VƏHDƏTİ” mövzusunda DOKTORANT VƏ MAGİSTRANTLARIN IV RESPUBLİKA ELMİ KONFRANSI, – Naxçıvan:  Naxçıvan Müəllimlər İnstitutu, -, 29 aprel 2022, -s. 316-321.
  15. Abreviaturlarin Media Diskursda İşlənməsinin Bəzi Xüsusiyyətləri // Şuşa: Zəfərin Təntənəsi” XXVI Beynəlxalq Elmi Konfrans, – Eskişehir, Türkiyə, -26 may 2022, -s. 109-112.
  16. Media diskursunda işlənən abreviaturların tematik bölgüsünə dair // Naxçıvan: AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar- 2022, cild 16, -s. 59-65.
  17. The place of abbreviation in a media discourse // Satteldorf Germany: German International Journal of Modern Science (Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft) №32, 2022, – pp 61-64.
  18. Amerika və Böyük Britaniya media diskurslarında işlənən və struktur baxımından müxtəliflik göstərən abreviaturlar // Bakı: Dil və Ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, -2022, seriya 2 (119), -s. 66-69.